Vəzifə öhdəlikləri:
Şüşə əritmə sobasından gələn əridilmiş şüşə kütləsinin fider kanallarında müəyyən
olunmuş temperatur, təzyiq və səviyyə rejimlərini standartlara uyğun tənzimləmək və
nəzarətdə saxlamaq.
Şüşə butulka istehsal xəttində alçaq gərginlikli elektrik veriliş xətləri, avtomatika
siqnal dövrələri və idarəetmə panellərinin diaqnostik müayinəsini aparmaq;
Fiderin isitmə və soyutma sistemlərini, eləcə də damcıformalaşdırıcı (qidalandırıcı)
mexanizmlərin işini idarə etmək.
Formalaşdırma maşınlarına gedən şüşə damcısının çəkisini, formasını,
temperaturunu və tezliyini tələb olunan məhsul növünə uyğun olaraq tənzimləmək.
Avtomatlaşdırılmış idarəetmə panelindəki (skada/monitor) göstəriciləri mütəmadi
izləmək və növbə ərzində texnoloji parametrləri qeydiyyat jurnalına daxil etmək.
Texnoloji prosesdə baş verə biləcək kənaraçıxmaları (məsələn: temperaturun
düşməsi, şüşə kütləsində qüsurlar) vaxtında müəyyən etmək və dərhal aradan
qaldırmaq üçün tədbirlər görmək.
Tələblər:
Orta ixtisas və ya ali texniki təhsil:
Ağır sənaye, metallurgiya, sement və ya şüşə istehsalı sahələrində operator və ya
texnik kimi ən azı 1-3 il iş təcrübəsi.
Təklif edirik:
İş rejimi: 08:00–17:00 (Şənbə və Bazar – istirahət günləri)
İş yeri Sumqayıt
Nahar əvəzi əlavə ödəniş
Servis xidməti mövcuddur
Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı
müəyyən ediləcək
CVnizi mövzu hissəsində “Fider operatoru” qeyd [email protected] ünvanına göndərməyiniz xahiş olunur.