
Qida istehsalı sahəsində fəaliyyət göstərən müəssisəmizə İstehsal Rəhbəri / Texnoloq vəzifəsinə xanım namizəd axtarılır.
İş yeri: Gəncə şəhəri, Avtozavod yolu,
İş qrafiki: 6 günlük iş həftəsi
Əmək haqqı: Razılaşma əsasında
Əsas vəzifələr:
Kənd təsərrüfatı istehsal proseslərinin ümumi idarə edilməsi və koordinasiyası;
Əkinçilik və heyvandarlıq istiqamətləri üzrə istehsal proseslərinə nəzarət;
İstehsal planlarının hazırlanması və icrasının təmin edilməsi;
Əkin sahələri, məhsuldarlıq və aqrotexniki proseslərin nəzarətdə saxlanılması;
Heyvanların saxlanılması, yemlənməsi və ümumi təsərrüfat proseslərinin koordinasiyası;
Yem, toxum, gübrə və digər istehsal resurslarına olan tələbatın müəyyənləşdirilməsi;
İstehsalda istifadə olunan xammal və materialların keyfiyyətinə nəzarət;
İstehsal göstəricilərinin təhlili və hesabatların hazırlanması;
İstehsal prosesində səmərəliliyin artırılması və itkilərin azaldılması;
İşçi heyətinin fəaliyyətinin koordinasiyası və iş bölgüsünün aparılması;
Əməyin mühafizəsi, sanitariya və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət;
İstehsal prosesində yaranan problemlərin operativ həlli və rəhbərliyə məlumat verilməsi.
Namizədə tələblər:
Kənd təsərrüfatı istehsalı sahəsində 5 il iş təcrübəsi;
Əkinçilik və heyvandarlıq prosesləri barədə praktiki biliklər;
İstehsal proseslərinin planlaşdırılması və idarə edilməsi bacarığı;
Komanda idarəetmə və təşkilati bacarıqlar;
Analitik düşüncə və məsuliyyətlilik;
MS Office proqramlarında işləmək bacarığı;
Xanım namizəd.
Müraciət etmək istəyən namizədlər “CV”–lərini mövzu hissəsində vəzifə adını “ İstehsal rəhbəri-Texnoloq” qeyd etməklə, [email protected] elektron ünvanına və ya 0102564407 vatsap nömrəsinə göndərə bilərlər.