
Medicom Ortez və Protez Mərkəzi komandamızı genişləndirir və Tibbi Nümayəndə vəzifəsi üzrə yeni əməkdaş axtarır.
Təcrübə tələb olunmur!
İşə qəbul olunan əməkdaşa ətraflı təlim keçiriləcək və məhsullarımız haqqında bütün zəruri məlumatlar öyrədiləcək.
Namizədə tələblər:
Ünsiyyət qurmaq və insanlarla işləmək bacarığı
Səlis və düzgün nitq
Aktiv, məsuliyyətli və öyrənməyə həvəsli olmaq
Komanda ilə işləmək bacarığı
Tibbi sahəyə maraq
İşgüzar və səliqəli görünüş
İş öhdəlikləri:
Mərkəzimizin tibbi məhsul və xidmətlərini həkimlərə və tibb müəssisələrinə təqdim etmək
Həkim və mütəxəssislərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi
Məhsullar haqqında düzgün və ətraflı məlumat vermək
Yeni əməkdaşlıqların və pasiyent yönləndirmələrinin yaradılmasına dəstək olmaq
Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
Təcrübəniz yoxdursa, narahat olmayın — sizi biz öyrədəcəyik!
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.