
ASG Business Aviation 5 peşə vakansiyası üzrə işçi axtarır!
“ASG Business Aviation” aşağıdakı peşələr üzrə işində məsuliyyətli, 5–10 il arası iş təcrübəsi olan şəxsləri işə dəvət edir:
1. Boya və suvaq ustası
Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi;
Qara suvaq və boya işlərini peşəkar səviyyədə yerinə yetirmək bacarığı.
2. Keramika və qranit ustası
Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi;
Keramika və qranit üzlüklərinin quraşdırılması sahəsində peşəkar bilik və bacarıq.
3. Alçipan, asma tavan, qapı və plintus ustası
Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi;
Alçipan konstruksiyalarının, asma tavanların, qapı və plintusların quraşdırılması üzrə peşəkar bacarıq.
4. Elektrik ustası
Minimum 10 il müvafiq sahə üzrə iş təcrübəsi;
Elektrik sistemlərinin quraşdırılması, texniki xidməti və təmiri üzrə peşəkar bacarıq.
5. Santexnika ustası
Minimum 10 il müvafiq sahə üzrə iş təcrübəsi;
Su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması, texniki xidməti və təmiri üzrə peşəkar bacarıq.
İş şəraiti
Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.
İş yeri: Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu.
Müraciət
CV-lərinizi mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.