Vəzifə öhdəlikləri:
Cəmiyətin sənaye, ictimai və yaşayış obyektlərində su təchizatı, kanalizasiya və qazanxana sistemlərinin quraşdırılması, təmiri, sazlanması və profilaktik işlərini həyata keçirmək;
Su təchizatı, kanalizasiya və nasos sistemlərinin sxemlərinə və texniki çəkilişlərinə əsasən avadanlıqların quraşdırılması, sazlanması, montajı və cari təmirini yerinə yetirmək;
Quraşdırılmış sistemlərin hidravlik və funksional sınaqlarında iştirak etmək, nasazlıqları aşkarlamaq və aradan qaldırmaq;
Gündəlik işlərdə istifadə olunan materialların və alətlərin səliqəli istifadəsini və uçotunu təmin etmək;
İşlərin gedişatında əmək mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
Şöbə və briqada daxilində iş bölgüsünə əməl etmək və işçilərə praktiki dəstək göstərərək peşə bacarıqlarının artırılmasına kömək etmək;
Görülən işlər barədə bilavasitə rəhbərə məlumat vermək və hesabatların hazırlanmasına dəstək göstərmək;
Digər mühəndis bölmələri (elektrik, mexanika və s.) ilə qarşılıqlı əlaqəli və koordinasiyalı şəkildə işlərin icrasını təmin etmək.
Namizədə tələblər:
Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür);
Müvafiq sahə üzrə peşə təhsili üstünlükdür;
Müvafiq ixtisas sənədi, sertifikatının olması;
Su, kanalizasiya və istilik sistemlərini quraşdırmaq və təmir etmək bacarığı.
Məsuliyyətlilik və intizamlı iş yanaşması;
Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı.
İş şəraiti:
İş yeri: Zığ qəs.,
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 1000-1200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Su təchizatı və kanalizasiya sistemləri üzrə usta” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.