AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən Qazma qurğularının təmiri üzrə usta köməkçisi vakansiyası üzrə namizəd axtarılır.
Vəzifə Öhdəlikləri:
Qazma qurğularının mexaniki hissələrinin təmiri və texniki baxışı
Nasazlıqların aşkar edilməsi və aradan qaldırılması
Ustaya kömək və sadə işlərin sərbəst icrası
Namizədə tələblər:
Mexaniki sistemlər, mühərrik və hidravlika üzrə ilkin texniki biliklər
Alətlərlə işləmə bacarığı və praktiki iş görmə qabiliyyəti
Məsuliyyətlilik və komandada işləmək bacarığı
Ustalığa yaxın səviyyədə təcrübə arzuolunandır
Qazma qurğuları və ya oxşar texnika ilə iş təcrübəsi üstünlükdür.
Əmək şəraiti:
İş yeri: Hökməli qarajı
İş qrafiki: 6 günlük
Əmək haqqı: 800 Azn
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.