
Sophie Couture şirkəti istehsalat sahəsində çalışmaq üçün müştərilərin fərdi bədən ölçülərinə uyğun dərzi manekenlərinin hazırlanmasını həyata keçirəcək Maneken Ustası axtarır.
Vəzifə öhdəlikləri:
Müştərilərin fərdi bədən ölçülərinə uyğun dərzi manekenlərinin hazırlanması;
Verilmiş ölçülər əsasında manekenlərin forma və proporsiyalarının dəqiq qurulması;
Mövcud manekenlərin müştəri ölçülərinə uyğun dəyişdirilməsi və formalaşdırılması;
Manekenlərin hazırlanmasında istifadə olunan materiallarla işləmək;
Hazırlanmış manekenlərin ölçülərinin yoxlanılması və lazımi düzəlişlərin edilməsi;
İstehsalat komandası ilə koordinasiyalı işləmək.
Namizədə tələblər:
Əl işlərinə və texniki işlərə bacarıq;
Ölçülərlə dəqiq işləmək bacarığı;
Həcm, forma və bədən proporsiyalarını düzgün anlamaq;
Müxtəlif materiallarla işləmək bacarığı;
Dəqiqlik, diqqətlilik və məsuliyyətlilik;
Maneken hazırlanması, heykəltəraşlıq, modelləşdirmə və ya oxşar sahələrdə təcrübə üstünlükdür.
İş şəraiti:
İş qrafiki: 10:00–19:00
İş günləri: Bazar ertəsi – Şənbə
İstirahət günü: Bazar
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Maneken Ustası” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə üçün nömrə +994102244535