
İş yeri: Babək plaza
İş qrafiki: Həftənin 6 günü, 09:00-16:00
Əmək haqqı: 500 AZN
Vəzifə öhdəlikləri:
Ofis sahəsinin və sanitar qovşaqların gündəlik təmizliyinin və gigiyenik vəziyyətinin təmin edilməsi
Təmizlik vasitələri və təsərrüfat ləvazimatlarından səmərəli və qənaətli istifadə olunması
Mətbəx və ümumi istifadə sahələrinin daim səliqəli saxlanılması
Çay, kofe və digər mətbəx ləvazimatlarının daim mövcudluğuna nəzarət edilməsi
Rəhbərlik, işçilər və qonaqlar üçün çay/kofe hazırlanması və servisin təşkili
Namizədə tələblər:
Səliqəli, məsuliyyətli və intizamlı olmaq
Etik davranış və korporativ qaydalara riayət etmək
Oxşar vəzifədə iş təcrübəsi arzuolunandır
50 yaşa qədər xanım namizədlər.
Təklif edirik:
Rəsmi əmək müqaviləsi
Stabil və vaxtında ödənilən əmək haqqı
Peşəkar və mehriban kollektiv
Rahat iş mühiti
Maraqlanan namizlədlər CV nümunələrini [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə
" Təmizlik işçisi" yazaraq göndərə, və ya 010 256 07 60 nömrəsinə vatsap üzərindən yaza bilərlər. Telefon zənglərinə cavab verilmir.