
Bakı və Sumqayıt şəhərlərində müxtəlif peşələr üzrə işə qəbul elan olunur!
Qafqazın ən iri və müasir metallurgiya müəssisəsi Baku Steel Company Bakı və Sumqayıt şəhərlərində yerləşən istehsalat sahələri üçün müxtəlif peşələr üzrə işə qəbul elan edir.
Açıq vakansiyalar:
Elektrik montyoru
Kondisioner ustası
Elektrik qaynaqçısı
Tornaçı
Təmirçi-çilingər
Tökücü
Xəlitə yükləyicisi
Ekskavator operatoru
Toz və qaztutan qurğular üzrə operator
Fəhlə
Keyfiyyətə nəzarət üzrə nəzarətçi
Nəqliyyat elektriki
Peşə təlimi layihəsi – Bakı şəhəri
İş təcrübəsi olmayan namizədlər üçün Bakı şəhərində aşağıdakı peşələr üzrə təlim keçiriləcək. Təlimi uğurla başa vuran namizədlər Baku Steel Company-də işə qəbul oluna bilərlər.
Körpülü kran maşinisti
Qazla kəsici
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini müraciət etmək istədikləri vakansiyanın və ya peşə təliminin adını qeyd etməklə WhatsApp vasitəsilə 010 250 41 40 nömrəsinə göndərə bilərlər.
Qeyd: Bu nömrə yalnız WhatsApp üzərindən müraciətlərin qəbulu üçün nəzərdə tutulub. Telefon zəngləri qəbul edilmir.
Tələblərə uyğun namizədlərlə şirkət nümayəndələri əlaqə saxlayacaqlar.
Əgər hazırda uyğun vakansiya mövcud deyilsə, CV-niz gələcək vakansiyalar üzrə namizəd bazasında saxlanılacaq.
Komandamıza qoşulun və metallurgiya sahəsində karyeranızı Baku Steel Company ilə inkişaf etdirin.