
İş şəraiti
İş yeri: Qiş parkinin yani
İş qrafiki: 09:00–18:00
Vəzifənin əsas məqsədi
Şirkətin təchizat proseslərinin vaxtında və səmərəli şəkildə həyata keçirilməsini, məhsul və materialların sifarişindən təhvil alınmasına qədər logistika proseslərinin koordinasiyasını təmin etmək.
Əsas vəzifələr
Təchizat və logistika proseslərinin təşkili və koordinasiyası;
Təchizatçıların araşdırılması, seçilməsi və qiymət təkliflərinin toplanması;
Təchizatçılarla danışıqların aparılması və kommersiya şərtlərinin razılaşdırılması;
Sifarişlərin hazırlanması, izlənilməsi və vaxtında çatdırılmasının təmin edilməsi;
Məhsul, xammal və digər materialların stok vəziyyətinin izlənilməsi;
Logistika və daşınma proseslərinin koordinasiyası;
Çatdırılma müddətlərinə və sifarişlərin düzgünlüyünə nəzarət;
Təchizatçılarla bağlı sənədlərin və məlumat bazasının yenilənməsi;
Gecikmə, çatışmazlıq və digər təchizat problemlərinin operativ həll edilməsi;
Təchizat və logistika xərclərinin optimallaşdırılması;
Rəhbərliyə müvafiq hesabatların hazırlanması.
Namizədə tələblər
Təchizat, logistika, satınalma və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi;
Ali təhsil;
Təchizat və logistika prosesləri haqqında praktiki bilik;
Təchizatçılarla effektiv kommunikasiya və danışıqlar aparmaq bacarığı;
MS Office, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Sənədlərlə işləmək və məlumatları sistemləşdirmək bacarığı;
Vaxtın düzgün idarə edilməsi və operativlik;
Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
rus v/və ya ingilis dili üstünlükdür.
CV-nizi mövzu hissəsində “Təchizat və Logistika üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.