“LANDAU School” da City Garden və West-Town (Dərnəgül) üçün GÜNDÜZ NÖVBƏSİ Mühafizəçilər axtarışındayıq!
Öhdəliklər:
Məktəb binasına buraxılışa nəzarət etmək, kənar şəxslərin binaya daxil olması ilə bağlı müvafiq vəzifəli şəxsə məlumat vermək. Zərurət olduğu halda məlumat və icazə alınması məqsədilə məktəbin rəhbərliyinə müraciət etmək;
Binaya buraxılan şəxslərin "Nəzarət buraxılış qeydləri" kitabında qeydiyyatını aparmaq;
Kənar (üçüncü) şəxslərin, habelə valideynlərin icazəsiz binaya daxil olmasına imkan verməmək;
Məktəbin əmlakını və bütün növ inventarlarını nəzarətdə saxlamaq, qorumaq və zərurət yarandıqda inventar sayımınında iştirak etmək;
Şəxslərin məktəb ərazisində bir-birilərinə münasibətdə təhlükəsiz davranışına nəzarət etmək, münaqişə yarandıqda qarşısını almaq, məktəb daxilində digər nizam-intizam qaydalarının pozulmasını müəyyən etdikdə bu barədə birbaşa rəhbərinə məruzə etmək;
Fövqəladə hallar zamanı Yanğından mühafizə və texniki-təhlükəsizlik qaydaları haqqında təlimata (LS-AD-T-03) uyğun olaraq “Yanğın Marşal”ının vəzifəsini öz üzərinə götürmək və tam dəqiqliklə icra etmək;
Birbaşa rəhbərin müvafiq göstərişlərini yerinə yetirmək;
Məktəbin həyata keçirdiyi ictimai-mədəni tədbirlərdə iştirak etmək.
Tələblər:
Müvafiq sahə üzrə iş təcrübəsi;
İş yeri: "LANDAU School" City Garden və West-Town (Dərnəgül)
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Landau School-da uşaqların təhsilinə xüsusi endirimlər.
0992060449 vatsap nömrəsinə CV-nizi göndərə bilərsiniz. (wp ancaq Zəhmət olmasa, müraciətlə bağlı zəng etməyin. Bütün müraciətlərə geri dönüş yalnız WhatsApp üzərindən ediləcəkdir).
Müraciət edən namizədlər mütləq şəkildə CV-lərini və ya ən azı özləri haqqında qısa məlumatı və kampus uyğunluğunu qeyd etməlidir.