
Əsas vəzifə öhdəlikləri:
Brand plan, illik marketinq planı və A&P büdcəsinin hazırlanması və idarə edilməsi;
Brendin çeşidləri üzrə satışların həcminin proqnozlaşdırması və planlaşdırılması;
Satış komandası ilə birgə brendin satış sxemlərinin işlənib hazırlanması;
Brendin bazarda hərəkətini (satış həcmini, tendensiya və dinamikanı) müşahidə edərək izlənməsi, istehlakçıların brendə olan münasibətini müəyyən edərək təhlil edilməsi;
Brendi inkişaf etdirməklə bağlı marketinq və reklam kampaniyalarını, sərgi, təqdimat, promo, PR və digər aksiyaların hazırlanması və həyata keçirilməsi;
Qiymət siyasətinə və rəqib markalara olan tələbata nəzarət etməli, rəqiblərin oxşar məhsullarına nisbətdə məhsulun mövqeyinin müəyyən edilməsi;
Brend üzrə qiymət siyasətinin mütəmadi təhlili və inkişaf etdirilməsi;
Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasını, yeni məhsulların buraxılmasını, aktual olmayan məhsulların delistini həyata keçirməsi.
Tələb olunan bilik və bacarıqlar:
MS Office proqramlarından sərbəst istifadə bacarığı;
Aktivasiya, promo, visibility, menu listing, consumer trial və digər trade marketing mexanizmləri ilə işləmək təcrübəsi;
Marketinq təhlillərinin, proqnozlaşdırma, planlaşdırma prinsiplərini və metodları;
Marketinq kampaniyalarının təşkili, aparılması və effektivliyinin ölçülməsi metodları;
İngilis dilində sərbəst işgüzar kommunikasiya bacarığı
Tələb olunan təhsil, iş təcrübəsi:
Təhsil: Ali bakalavr (Marketinq, İqtisadiyyat üzrə);
İş təcrübəsi: FMCG-də qida sahəsi üzrə təcrübə (Brend menecer olaraq minimum 2 il iş təcrübəsi).
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə;
Nahar təminatı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brend Menecer” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.