
İş qrafiki: Tam ştat, 6 günlük
Əmək haqqı: 600 Azn (NET)
Vəzifə öhdəlikləri:
TikTok Live platformasında gündəlik və həftəlik canlı yayım strategiyalarının hazırlanması və həyata keçirilməsi.
Yayım zamanı izləyici aktivliyinin (engagement), baxış sayının və hədiyyə/gəlir göstəricilərinin artırılması üzrə işlərin görülməsi.
Yayımçılarla (hostlar) sıx əməkdaşlıq edərək onların performansının izlənilməsi, təlimatlandırılması və motivasiya olunması.
TikTok alqoritmlərinin, trendlərin və yeni funksiyaların daimi izlənilərək strategiyaya tətbiq edilməsi.
Canlı yayım zamanı yaranan texniki və ya təşkilati məsələlərin operativ şəkildə həll edilməsi.
Canlı yayımların nəticələrinin təhlil edilməsi və rəhbərliyə müntəzəm olaraq hesabatların təqdim olunması.
Namizədə tələblər:
TikTok platformasında canlı yayım (Live) sahəsində azı 1 il iş təcrübəsi.
TikTok alqoritmini, canlı yayım qaydalarını və panel idarəetməsini dərindən bilmək.
Əla ünsiyyət, danışıqlar aparmaq və komandada işləmək bacarığı.
Yaradıcı düşüncə tərzi, trendləri tez tutmaq və operativ qərarlar qəbul etmək qabiliyyəti.
Azərbaycan dilini səlis bilmək (Rus dili bilikləri üstünlükdür).
Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı.
Yalnız xanım namizədlər müraciət edə bilər
Maraqlanan namizədlərin CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.