
Azersun Holding şirkətlər qrupuna daxil olan Xəyal Adası MMC-də işçilərin davamiyyət və iş vaxtının düzgün uçotunun aparılması, giriş-çıxış məlumatlarının və aylıq tabel məlumatlarının yoxlanılması, məzuniyyət və ezamiyyətlərin sistemdə əks etdirilməsi, növbə qrafiklərinə nəzarət və davamiyyətlə bağlı uyğunsuzluqların araşdırılması prosesinə dəstək göstərilməsi məqsədiylə "Tabelçi" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.
Tələblər:
Ali təhsil (İqtisadiyyat və ya oxşar sahələrdə)
Müvafiq sahədə iş təcrübəsi üstünlükdür
Analitik düşünmə və dəqiqlik
Azərbaycan dilində səlis ünsiyyət
MS Office Excel və SAP üzrə biliklər
İş haqqında məlumat:
İşçilərin gündəlik davamiyyətinin və iş vaxtının uçotunun aparılması;
Giriş-çıxış məlumatlarının yoxlanılması və tabel məlumatlarının hazırlanması;
Məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər iş vaxtı dəyişikliklərinin uçotunun aparılması;
Aylıq tabel məlumatlarının adiyyatı şöbələrə təqdim edilməsi;
Növbə qrafiklərinin və iş rejimlərinin sistemdə düzgün əks olunmasına nəzarət edilməsi;
Davamiyyətlə bağlı uyğunsuzluqların araşdırılması və rəhbərliyə məlumat verilməsi;
İşçilərin şəxsi məlumatlarının və kadr sənədlərinin yenilənməsində dəstək göstərilməsi
İş yeri: Bakı şəhəri ( https://www.google.com/maps?q=40.3961979,50.0900937&z=17&hl=ru)
CV göndərmək üçün: [email protected] Mövzu hissəsində: “Tabelçi” qeyd etməyiniz xahiş olunur