
Departament – Əməliyyatlar
Birbaşa tabe olduğu vəzifə – Texniki xidmət üzrə aparıcı mühəndis
İş yeri – Daşgil, Qaz qəbul, Səngəçal qaz təhvil sahəsi
Vəzifə öhdəlikləri:
Sahələrdə texnoloji sistem üzərində olan bütün mexanika avadanlıqlarına texniki xidmət etmək;
Təmir və montaj işləri zamanı bu növ iş üçün nəzərdə tutulmuş cihazlardan (çəkicilər, preslər,
quraşdırma və sökmə işləri üçün stasionar qurğular) istifadə qaydalarına riayət etmək;
İstismar edilən avadanlıqların quraşdırılması və sökülməsi, sınanması, tənzimlənməsi, sazlanması və
təmirdən sonra istismara buraxılmasında iştirak etmək;
Avadanlıqların istismarı zamanı və təmir prosesində yoxlama zamanı qüsurların müəyyən edilməsi və
aradan qaldırılmasında iştirak etmək;
Avadanlıqların təmiri üçün qüsur aktlarının tərtib olunmasında iştirak etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və
qaydalarını bilmək və onlara riayət etmək;
Sahə üzrə tətbiq edilən Beynəlxalq standartların tələblərinə riayət etmək;
İstehsalat sahəsinin və anbarların təmizlənməsi və səliqəli saxlanmasını təmin etmək;
Qəbul olunan avadanlıqların,
Tələblər:
Neft-qaz, Mexanika mühəndisliyi və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil.
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
Neft-qaz avadanlıqları və qurğularının texniki vəziyyətinin yoxlanılması, texniki xidməti və təmiri üzrə
praktiki bilik və bacarıqlar.
Müvafiq daxili normativ sənədlər, prosedurlar və texniki tələblər barədə bilik.
Məsuliyyətlilik, keyfiyyətə yönümlülük və qaydalara riayət etmə bacarığı.
CV-lərinizi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.