
Departament – Əməliyyatlar
Birbaşa tabe olduğu vəzifə – Neftin,qazın hazırlanması və nəqli üzrə usta
İş yeri – Daşgil, Qaz qəbul, Səngəçal qaz təhvil sahəsi
Vəzifə öhdəlikləri:
Nümunəvi nəzarətedici avadanlıq, stend və alətlərin daim işlək vəziyyətdə və lazımi yerdə saxlanılması, NÖC və
Avtomatlaşdırma vasitələrinin istismarına nəzarət, təmirinin və kalibrlənməsinin yerinə yetirilməsi:
Təmir qrafiklərinə əsasən NÖC və Avtomatlaşdırma vasitələrinə ilkin baxışın keçirilməsi;
NÖC və Avtomatlaşdırma vasitələrinin birləşmələrinin və impuls-siqnal xətlərinin yoxlanması;
Qüsurlar cədvəlinə əsasən NÖC və Avtomatlaşdırma vasitələrinin təmiri üçün lazım olan mal-material və
hissələrin sifarişi üçün sahənin rəhbərinə məlumat verilməsi;
Təmir olunan NÖC və Avtomatlaşdırma vasitələrinin ayrı-ayrı hissələrinin çıxarılması (sökülməsi), sıradan çıxan
və təmiri mümkün olmayan hissələrin dəyişdirilməsi;
Sınaqdan keçirilmiş NÖC və Avtomatlaşdırma vasitələrinin kalibrlənmə (qradirovka) cədvəllərinə əsasən
yoxlanılması, mütləq və nisbi xətaların hesablanması;
Təmir olunmuş, yoxlanılmış NÖC və Avtomatlaşdırma vasitələrinin aidiyyəti istehsalat sahələrində öz
mövqelərinə quraşdırılması və istismara verilməsi;
Müasir elektron tipli cihazlarda təmiri mümkün olan hissələrin dəyişdirilməsi, əvəz edilməsi, təmir edilməsi;
NÖC və Avtomatlaşdırma vasitələrinin təsdiq edilmiş qrafikə uyğun daxili yoxlamasının keçirilməsi;
Sahələrdə istismar olunan NÖC və Avtomatlaşdırma vasitələrinin plandankənar təmir işlərinin yerinə yetirilməsi;
Avadanlığın, anbarın va ərazinin təmiz saxlanılması;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və
qaydalarını bilmək və onlara riayət etmək;
Sahə üzrə tətbiq edilən Beynəlxalq standartların tələblərinə riayət etmək;
Tələblər:
Avtomatika və idarəetmə, Metrologiya, Elektrik mühəndisliyi və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil.
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
Avtomatika və metrologiya avadanlıqlarının ölçülməsi, quraşdırılması, yoxlanılması, texniki xidməti, təmiri və
sökülməsi üzrə praktiki bilik və təcrübə.
Avtomatlaşdırılmış rəqəmsal dinamometriya, Rokweb (qaz sərfinin ölçülməsi) və HART proqramları üzrə biliklər.
Müvafiq daxili normativ sənədlər, texniki standartlar və tələblər barədə anlayış.
Məsuliyyətlilik, keyfiyyətə yönümlülük və qaydalara riayət etmə bacarığı.
Müraciət etmək üçün CV-lərinizi vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Son müraciət tarixi: 25/08/2026