
İş yeri: Sumqayıt / Xızı
Əsas öhdəliklər:
Müəssisədə giriş-çıxış rejiminə nəzarət etmək və əraziyə yalnız səlahiyyətli şəxslərin daxil olmasını təmin etmək;
Növbənin təhvil-təslimi zamanı mühafizə olunan əraziyə baxış keçirmək və mövcud vəziyyəti yoxlamaq;
Təyin edilmiş ərazidə mütəmadi patrul xidməti həyata keçirmək, təhlükəsizlik risklərini aşkar etmək və operativ tədbirlər görmək;
Ziyarətçilərin, podratçıların, nəqliyyat vasitələrinin və materialların giriş-çıxışını qeydiyyata almaq;
Fövqəladə hallarda təhlükəsizlik prosedurlarına uyğun operativ reaksiya vermək və rəhbərliyi dərhal məlumatlandırmaq;
Növbə təhvil-təslim prosesini düzgün icra etmək və müvafiq qeydləri aparmaq.
Tələblər:
Tam orta təhsil;
Boy minimum 175 sm;
"B" kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlük hesab olunur;
Təhlükəsizlik və ya mühafizə sahəsində minimum 1–3 il iş təcrübəsi (istehsalat və ya zavod mühitində təcrübəyə üstünlük verilir);
Fiziki təhlükəsizlik, giriş-çıxış rejimi və fövqəladə hallara operativ reaksiya üzrə praktiki təcrübə;
Fiziki hazırlıq normativlərini yerinə yetirmək bacarığı;
Giriş nəzarət sistemləri, CCTV və təhlükəsizlik prosedurları üzrə biliklər;
Diqqətlilik, məsuliyyətlilik, yüksək müşahidə qabiliyyəti və komanda ilə işləmək bacarığı.
Şirkət tərəfindən verilən imtiyazlar:
Nahar;
Könüllü tibbi sığorta;
Servis nəqliyyatı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.