
İşin təsviri
Kamera müşahidə sistemlərinin (CCTV) kabel çəkilişinin və quraşdırılmasının həyata keçirilməsi;
Yanğın və mühafizə siqnalizasiya sistemlərinin kabel çəkilişi, sensor, siren və digər avadanlıqların quraşdırılmasının icra edilməsi;
Şəbəkə (UTP, FTP, Fiber Optik) və enerji xətlərinin çəkilməsi;
Kabel kanalları, borular və metal konstruksiyaların montajının yerinə yetirilməsi;
NVR, DVR, switch, PoE switch, access point və digər avadanlıqların fiziki quraşdırılmasının həyata keçirilməsi;
Avadanlıqların ilkin testinin aparılması və yaranan nasazlıqların aradan qaldırılması;
Təqdim olunmuş layihə və montaj sxemlərinə dəqiq əməl olunması;
Görülmüş işlər və cari proses barədə texniki rəhbərə müntəzəm hesabatların təqdim edilməsi.
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
6 günlük iş həftəsi;
Əmək haqqı 800-900 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Tələblər:
Kamera və siqnalizasiya sistemlərinin quraşdırılması sahəsində 1-3 il iş təcrübəsi;
Elektrik və zəif axın sistemləri üzrə baza bilikləri;
Kabel çəkilişi və montaj işlərini sərbəst icra etmək bacarığı;
Elektrik alətlərindən təhlükəsiz istifadə etmək bacarığı;
Layihə və montaj sxemlərini sərbəst oxumaq bacarığı;
Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Texnik (kamera, siqnalizasiya və zəif axın sistemləri üzrə)” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.