Vəzifə öhdəlikləri:
RFQ (Qiymət Sorğusu), RFP (Təklif Sorğusu) və tender sənədlərinin hazırlanması prosesində iştirak etmək, tender paketlərini formalaşdırmaq və sənədlərdəki uyğunsuzluq və səhvləri müəyyən etmək;
Subpodratçıların ilkin seçim (Pre-Qualification) prosesini müəyyən edilmiş prosedurlara uyğun həyata keçirmək, onların iş təcrübəsini və uyğunluğunu araşdırmaq və qiymətləndirmək;
İddiaçı siyahılarının, müqayisə cədvəllərinin, tender tövsiyələrinin, tender sonrası aydınlaşdırmaların, tender qiymətləndirmələrinin və digər tender sənədlərinin hazırlanmasını və təqibini həyata keçirmək;
Tender qalibi müəyyən edilmiş şirkətlərlə müqavilələrin imzalanması prosesini koordinasiya etmək;
Texniki və Layihə komandalarından daxil olan qiymət sorğularını araşdırmaq və müvafiq məhsul və xidmətlər üzrə bazar qiymətlərini təhlil etmək;
Mövcud subpodratçılarla işgüzar münasibətləri idarə etmək və yeni potensial subpodratçıların cəlb olunmasını təmin etmək;
Tender jurnalını (Tender Log) mütəmadi olaraq yeniləmək və məlumatların aktuallığını təmin etmək;
Tender və satınalma prosesləri üzrə müvafiq hesabatları hazırlamaq və təqdim etmək.
Tələblər:
Ali təhsil: biznesin idarə edilməsi, maliyyə və ya əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi;
İş təcrübəsi : Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi ;
Tikinti metodları, tender prosedurları, tikinti və layihə idarəetməsinin əsasları, habelə əsas müqavilə növləri üzrə biliklər;
Təchizat proseslərinin əsas qayda, prosedur və prinsipləri üzrə biliklər;
Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması istiqamətində təkliflər vermək bacarığı;
Tender və satınalma proseslərinin planlaşdırılması və koordinasiyası üzrə bacarıqlar;
MS Office proqramlarında, xüsusilə Microsoft Excel-də yaxşı səviyyədə işləmək bacarığı;
ERP sistemləri ilə iş təcrübəsi;
Bazar araşdırması və analitik təhlil bacarığı;
Əlavə məlumat:
İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı: 2300-3000 AZN (NET)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Böyük satınalma mütəxəssisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.