
AF Hotel Aqua Park Novxanı əyləncə mərkəzinin Lunapark bölməsində mühasibatlıq işlərinin aparılmasına dəstək olmaq üçün məsuliyyətli və işinə həvəsli Mühasib Köməkçisi axtarılır.
Vəzifə öhdəlikləri:
Mühasibat sənədlərinin hazırlanması və sistemləşdirilməsinə dəstək olmaq;
İlkin mühasibat sənədlərinin qəbulunu, yoxlanılmasını və qeydiyyatını aparmaq;
Gündəlik maliyyə əməliyyatları üzrə məlumatların hazırlanmasına kömək etmək;
Sənədlərin düzgün şəkildə arxivləşdirilməsini və saxlanılmasını təmin etmək;
Mühasibatlıq üzrə digər cari işlərin icrasında mühasibə dəstək olmaq;
Lunapark üzrə maliyyə və mühasibat məlumatlarının düzgün uçotunun aparılmasına kömək etmək.
Namizədə tələblər:
Mühasibatlıq və ya maliyyə sahəsində təhsil üstünlükdür;
Mühasibatlıq üzrə ilkin biliklər;
MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı;
Diqqətli, məsuliyyətli və intizamlı olmaq;
Sənədlərlə işləmək və komandada çalışma bacarığı;
Müvafiq sahədə iş təcrübəsi üstünlükdür.
İş yeri: AF Hotel Aqua Park Novxanı – Lunapark
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu: Mühasib Köməkçisi – Lunapark