
Tamstore MMC “Maddi vəsaitlər üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir!
Müəssisənin balansında olan maddi vəsaitlərin (avadanlıq, inventar, ləvazimat və s.) uçotunu aparmaq;
Maddi vəsaitlərin saxlanması, bölüşdürülməsi və istifadəsinə nəzarət etmək;
Gələn malların qaimə-fakturalar və digər müşayiətedici sənədlər əsasında qəbulunu təşkil etmək;
Daxili təhvil-təslim aktları üzrə vəsaitlərin struktur bölmələrə ötürülməsini təmin etmək;
Maddi vəsaitlərin qorunması, düzgün saxlanması və vaxtında təmir olunmasına nəzarət etmək;
İllik və dövri inventarizasiya prosesində iştirak etmək və müvafiq hesabatlar hazırlamaq;
Maddi vəsaitlərlə bağlı hesabatları tərtib edib rəhbərliyə təqdim etmək.
Tələb olunan bilik və bacarıqlar:
Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
Analitik düşünmə və problemləri həll etmə bacarığı;
Komandada işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
Ali təhsil(Müvafiq ixtisas üzrə);
Müvafiq sahə üzrə təcrübə 1-3il.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maddi vəsaitlər üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.