İş barədə məlumat:
Tabeçiliyində olan tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik etmək, onlara dəstək olmaq və iş prosesini koordinasiya etmək;
İş planlarını formalaşdırmaq, yaranan çətinlikləri vaxtında aşkarlayıb həll etmək;
Tibb müəssisələrinə mütəmadi ziyarətlər etmək, məhsullar haqqında ətraflı məlumat təqdim etmək və tibbi nümayəndələrlə ikili ziyarətlərin keçirilməsi;
Planlaşdırılmış satış və marketinq göstəricilərinə nail olmaq, şirkət məhsullarının tanınma dərəcəsini artırmaq;
Verilmiş marketinq strategiyasını tətbiq etmək və nəticələrin izlənməsini təmin etmək;
Şirkətin keçirdiyi və ya iştirak etdiyi tədbirlərin təşkilində aktiv iştirak etmək;
Həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
Ali və ya orta ixtisas təhsili (tibbi təhsil üstünlükdür);
Əczaçılıq sahəsində iş təcrübəsi mütləqdir;
Komanda idarəetmə, liderlik və qərarvermə bacarıqları;
Yüksək ünsiyyət və təqdimat bacarığı, səlis nitq qabiliyyəti;
Nizam-intizamlı, məsuliyyətli olmaq və hərəkətli iş rejimində işləməyi bacarmaq;
MS Office proqramları ilə işləmə bacarığı.
Şirkət təklif edir:
Rəqabətədavamlı əmək haqqı;
Peşəkar komanda ilə işləmək imkanı;
Karyera və inkişaf perspektivləri.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan və yuxarıdakı tələblərə cavab verən şəxslər öz CV-lərini mövzu hissəsində “Qrup rəhbəri” sözünü qeyd etməklə [email protected] mail ünvanına və ya 070 374 71 99 Vatsap nömrəsin göndərə bilərsiniz.