
Əsas vəzifə öhdəlikləri:
Meyvə və tərəvəz məhsullarının qəbul zamanı keyfiyyət yoxlanışının aparılması;
Məhsulların sifarişlərə uyğun çeşidlənməsi və göndərişə hazırlanmasına nəzarət;
Vizual və orqanoleptik yoxlamaların həyata keçirilməsi;
Aşkarlanmış uyğunsuzluqların qeydə alınması, sənədləşdirilməsi və aidiyyatı şəxslərə bildirilməsi;
Yararsız məhsullar barədə dərhal rəhbərliyə məlumat verilməsi;
Müştəri şikayətləri və geri qaytarılan məhsullar üzrə yoxlama aparılması, səbəb-nəticə təhlilinin həyata keçirilməsi;
Saxlanma şəraitinə (temperatur, rütubət) nəzarət və müvafiq qeydlərin aparılması;
Anbar sahəsində düzgün yerləşdirmə və məhsul dövriyyəsinə nəzarət;
Qablaşdırmanın bütövlüyünün və markalanmanın düzgünlüyünün yoxlanılması;
Keyfiyyət qeydlərinin aparılması, təhlili və mütəmadi hesabatların hazırlanması;
Təchizatçılar və daxili komandalarla operativ koordinasiyanın təmin edilməsi;
Qida təhlükəsizliyi və sanitar-gigiyena tələblərinə əməl olunmasına nəzarət;
Keyfiyyət prosedurlarının tətbiqində iştirak;
Zərurət yarandıqda anbar yoxlamalarının aparılması.
Tələb olunan bilik və bacarıqlar:
Qida təhlükəsizliyi üzrə baza biliklər (HACCP, sanitar-gigiyena qaydaları);
Meyvə-tərəvəz məhsulları üzrə ümumi biliklər;
MS Office proqramlarında işləmə bacarığı
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali və ya orta ixtisas(Aqronomluq, qida mühəndisliyi, qida texnologiyası və ya əlaqəli sahə üzrə);
Meyvə-tərəvəz məhsulları üzrə keyfiyyətə nəzarət və ya qəbul yoxlaması sahəsində 1–3 il iş təcrübəsi.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 10:00-19:00;
İş yeri: Qaradağ rayonu,Xocasən küçəsi 57/11,Meyvəli ticarət mərkəzi.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Meyvə-tərəvəz üzrə)” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.