
Şirkətimizə elektronika təmiri sahəsində çalışmaq və peşəkar şəkildə inkişaf etmək istəyən gənc köməkçi əməkdaş tələb olunur.
Vəzifə öhdəlikləri:
LED ekran və elektron avadanlıqların təmirində ustaya kömək etmək;
Elektron komponentlərin yoxlanılması və dəyişdirilməsində iştirak etmək;
Təmir prosesini öyrənmək və verilən tapşırıqları yerinə yetirmək;
İş yerində nizam-intizam və təhlükəsizlik qaydalarına əməl etmək.
Tələblər:
Gənc və öyrənməyə həvəsli namizəd;
Elektronika üzrə kurs və ya peşə hazırlığı keçməsi arzuolunandır;
Elektronika sahəsinə maraq və texniki düşüncə qabiliyyəti;
Məzun olması üstünlükdür;
Məsuliyyətli və diqqətli olmaq.
İş şəraiti
İş yerində peşəkar təlim və öyrədilmə;
Karyera inkişafı imkanı;
Əmək haqqı: 500–600 AZN (bilik və bacarıqlara uyğun);
Tam iş qrafiki.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.