“CAN-PA” MMC şirkətinə Merçendayzer vəzifəsi üzrə xanım namizədlər dəvət olunur.
İşin əsas vəzifələri
Günlük marşrut üzrə ticarət nöqtələrində məhsulların son istifadə tarixlərinə nəzarət etmək və müddəti bitmiş məhsulları satışdan çıxarmaq;
Ticarət nöqtələrində stok qalığına uyğun sifarişləri qəbul etmək və daxili proqram təminatına daxil etmək;
Ticarət nöqtələrində vitrinlərin təmizliyinə və məhsulların düzgün düzülüşünə nəzarət etmək;
Çatdırılmış sifarişlər üzrə məhsulların vitrinlərə yerləşdirilməsini təmin etmək;
Məhsulların planqrama uyğun yerləşdirilməsinə nəzarət etmək;
Məhsulların qiymətlərinin düzgünlüyünü yoxlamaq.
İş əraziləri
H. Aslanov, Əhmədli,Mikro rayon,Nərimanov və Səbail əraziləri.
Vakansiya həmin ərazilərdə yaşayan xanım namizədlər üçün nəzərdə tutulub.
Tələblər
Merçendayzinq sahəsində minimum 1 il iş təcrübəsi;
Məsuliyyətli və diqqətli olmaq;
Verilən tapşırıqları vaxtında və düzgün icra etmək.
İş qrafiki
Həftə içi 5 gün | 08:00–18:00
Şənbə və bazar – istirahət günləri
Müraciət
CV-nizi mövzu bölməsində “Merçendayzer” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya 051 240 95 68 nömrəsinə göndərməyiniz xahiş olunur.