
İş yeri Ağstafa rayonudur. Ağstafa və yaxın bölgələrdə yaşayan namizədlərə üstünlük veriləcək.
Qazax, Tovuz və ətraf rayonlardan olan namizədlərin müraciət etməsi arzuolunandır.
Şirkət: Karvan L Eko
İş yeri: Ağstafa rayonu
İş qrafiki: 6 günlük
Əmək haqqı: 1000 AZN
Karvan L Eko şirkəti torpaq nümunələrinin analizi və XRF spektrometr cihazı ilə işləmək üzrə təcrübəli əməkdaş axtarır.
Əsas vəzifələr
XRF spektrometr cihazı ilə torpaq analizlərinin aparılması;
Torpaq nümunələrinin götürülməsi və analiz üçün hazırlanması;
Torpaq nümunələrinin laboratoriya şəraitində hazırlanması və analiz edilməsi;
XRF cihazının düzgün istifadəsi və işə hazırlanması;
Analiz nəticələrinin qeydiyyatı və ilkin qiymətləndirilməsi;
Analiz nəticələri üzrə məlumatların və hesabatların hazırlanması;
Laboratoriya və əməyin mühafizəsi qaydalarına riayət edilməsi.
Namizədə tələblər
XRF spektrometr cihazı ilə praktiki işləmə bacarığı mütləqdir;
Torpaq nümunələri ilə işləmə bacarığı;
Torpaq analizi sahəsində iş təcrübəsi;
Laboratoriya avadanlıqlarından istifadə bacarığı;
Diqqətli, məsuliyyətli və dəqiq işləmək;
Komandada işləmək bacarığı.
Kimya, geologiya, torpaqşünaslıq, aqronomluq və ya əlaqəli sahələr üzrə təhsil və iş təcrübəsi üstünlük hesab olunur.
İş yeri və üstünlük
İş yeri Ağstafa rayonudur. Ağstafa və yaxın bölgələrdə yaşayan namizədlərə üstünlük veriləcək.
Qazax, Tovuz və ətraf rayonlardan olan namizədlərin müraciət etməsi arzuolunandır.
Müraciət qaydası
Namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərərkən e-mailin mövzu (Subject) hissəsində "Torpaq analizi üzrə mütəxəssis- XRF SPECTROMETR operator" qeyd etməyi unutmayın.