
Əsas vəzifə öhdəlikləri:
Bakı şəhəri üzrə aptek nöqtələrinin mütəmadi ziyarət edilməsi;
Aptek şəbəkəsinin deposundan ayrı-ayrı aptek nöqtələrinə məhsulların göndərişinin sifarişlərə uyğun şəkildə formalaşdırılması və koordinasiya edilməsi;
Məhsulların aptek nöqtələrində satışının artırılması və yeni satış imkanlarının müəyyənləşdirilməsi;
Məhsulların rəflərdə düzgün yerləşdirilməsinə və görünüşünə nəzarət edilməsi;
Aptek nöqtələrində şirkətin və məhsulların düzgün təmsil olunmasının təmin edilməsi;
Yeni aptek nöqtələrinin müəyyən edilməsi və əməkdaşlığın qurulması;
Mövcud müştərilərlə münasibətlərin qorunması və inkişaf etdirilməsi;
Sifarişlərin, satışların və müştəri məlumatlarının müvafiq qaydada qeydiyyatının aparılması;
Məhsulların stok vəziyyətinin və tələbatının izlənilməsi;
Rəqiblərin fəaliyyəti, qiymətləri və bazardakı yeniliklər barədə məlumatların toplanması;
Gündəlik görülən işlər və satış nəticələri barədə hesabatların təqdim edilməsi;
Rəhbərlik tərəfindən verilən digər satış yönümlü tapşırıqların icra edilməsi.
Namizədə dair tələblər:
Ali və ya orta ixtisas təhsili;
Satış sahəsində minimum 1 il iş təcrübəsi;
Distribusiya sahəsində təcrübənin olması üstünlükdür;
Aktiv satış və müştəri ilə ünsiyyət bacarığı;
Danışıqlar aparmaq və müştəri münasibətlərini idarə etmək bacarığı;
Nəticəyönümlü və məsuliyyətli yanaşma;
Azərbaycan dilində səlis danışıq və ünsiyyət bacarığı;
Bakı şəhəri üzrə aptek şəbəkəsi və satış nöqtələri ilə işləməyə hazır olmaq;
MS Office proqramlarından istifadə bacarığı;
İşin dinamik və sahədə olmasını nəzərə alaraq operativ və çevik işləmə bacarığı.
İş şəraiti:
Əmək haqqı: 1300 man (nahar, yol xərci daxil);
İş qrafiki: 5 günlük;
İş yeri: Bakı şəhəri ərazisi.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış təmsilçisi (Aptek kanalı üçün)” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.