
İstehsal sahəsində fəaliyyət göstərən zavoda Operator vəzifəsinə məsuliyyətli və işinə ciddi yanaşan əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
İstehsal avadanlıqlarını təlimata uyğun idarə etmək;
İstehsal prosesinin fasiləsiz və düzgün həyata keçirilməsini təmin etmək;
Avadanlıqların işinə nəzarət etmək;
Hazır məhsulun keyfiyyətinə nəzarətdə iştirak etmək;
İş yerində təhlükəsizlik və daxili qaydalara riayət etmək;
Aşkar olunan nasazlıqlar barədə rəhbərliyə məlumat vermək.
Namizədə tələblər:
Ali təhsil
İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır;
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Komandada işləmək bacarığı;
Fiziki işə uyğunluq.
İş şəraiti:
Əmək müqaviləsi;
Növbəli iş qrafiki;
Əməkhaqqı: 750 Azn net
İş yeri: Pirallahı qəsəbəsi
Servis xidməti var
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.