
Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön planda tutan "Pizza Mizza" MMC öz komandasına Zal üzrə Briqada üzvü axtarır! Əgər qonaqpərvərsinizsə, insanlarla ünsiyyəti sevirsinizsə və gənc, dinamik komandada karyera qurmaq istəyirsinizsə, bizə qoşulun.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR
Zal stansiyası və xidmət:
Qonaqları səmimi qarşılamaq, menyunu təqdim etmək və sifarişləri dəqiq qəbul etmək
Sifarişlərin vaxtında və təqdimat standartlarına uyğun çatdırılmasını təmin etmək
Masaların, oturacaqların, zalın ümumi təmizliyinə və masaüstü aksessuarların (duz, istiot, salfet və s.) doluluğuna nəzarət etmək
Masaların dərhal təmizlənməsini (boş qabların və tullantıların yığılmasını) təmin etmək
Növbə başlayarkən və bitərkən zal stansiyasını işə hazırlamaq və təhvil vermək
Müştəri məmnuniyyəti:
Qonaqlara diqqətli və təbəssümlə xidmət göstərərək müsbət atmosfer yaratmaq
Qida allergiyası və ya xüsusi pəhriz tələbi olan müştərilərə menyu seçimində düzgün məsləhətlər vermək
Müştəri şikayətlərini təmkinlə dinləmək və həlli üçün dərhal Növbə Menecerinə məlumat vermək
Qonaqların rəy və təkliflərini qeydə alaraq rəhbərliyə çatdırmaq
Satış və əməliyyatlar:
Yeni məhsulları, promo-aksiyaları və xüsusi təklifləri qonaqlara fəal təqdim etmək
Əlavə satış texnikalarından (Upselling / Cross-selling) istifadə edərək orta çeki artırmaq
Sifarişləri Kassa / POS sisteminə dərhal və səhvsiz daxil etmək
Hesabı vaxtında təqdim etmək və ödənişləri (nağd / nağdsız) tam və dəqiq həyata keçirmək
Məsuliyyət, gigiyena və təhlükəsizlik:
Restoranın avadanlıqlarına, qab-qacağa və əsas vəsaitlərinə ehtiyatla yanaşmaq
Şəxsi gigiyena, uniforma və Qida Təhlükəsizliyi standartlarına şərtsiz əməl etmək
Xammal və resursların qənaətcil istifadəsinə töhfə vermək
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR
Təhsil: Orta və ya ali
Yaş həddi: 18 – 35
Gülərüz, səliqəli, məsuliyyətli və operativ işləmə bacarığı
Komandada işləmək həvəsi və çevik öyrənmə qabiliyyəti
Karyera yüksəlişinə maraq və inkişaf istəyi
İŞ ŞƏRAİTİ VƏ ÜSTÜNLÜKLƏR
Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə uyğun
İş qrafiki: 6 günlük (növbəli)
Əməkhaqqı: 500 AZN (net) + əlavə iş saatlarına görə ödəniş
Qidalanma: Şirkət tərəfindən nahar təmin edilir
Karyera imkanları: Pulsuz təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı
MÜRACİƏT QAYDASI
Tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Briqada üzvü - Zal" qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Əlaqə nömrəsi: (050) 291-77-35