
Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön planda tutan "Pizza Mizza" MMC öz komandasına Mətbəx üzrə Briqada üzvü axtarır! Əgər operativsinizsə, mətbəx işinə həvəsiniz varsa və gənc, dinamik komandada karyera qurmaq istəyirsinizsə, bizə qoşulun.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR:
Mətbəx əməliyyatları və məhsulların hazırlanması:
Pizzaların və menyudakı digər təamların standartlara tam uyğun, keyfiyyətli və vaxtında hazırlanması
Sifarişlərin dəqiq və düzgün reseptura əsasında icra edilməsi
Növbə başlayarkən və bitərkən mətbəx stansiyasını işə hazırlamaq və təhvil vermək
Xammal və ərzaqların saxlanma qaydalarına və istifadə müddətlərinə (FIFO prinsipinə) əməl olunması
Gigiyena, keyfiyyət və təhlükəsizlik:
Mətbəxdə, iş masalarında və avadanlıqlarda təmizlik və sanitariya qaydalarına riayət edilməsi
Şəxsi gigiyena, xüsusi uniforma və Qida Təhlükəsizliyi (HACCP / ISO) standartlarına şərtsiz əməl olunması
Tullantıların və xammal itkisinin minimuma endirilməsi, resurslardan qənaətlə istifadə edilməsi
Restoranın mətbəx avadanlıqlarına və alətlərinə ehtiyatla yanaşılması
Komanda işi və əməkdaşlıq:
Növbə Meneceri və digər komanda üzvləri ilə koordinasiyalı işləyərək sifarişlərin sürətli təhvil verilməsini təmin etmək
Yaranan texniki və ya əməliyyat çətinlikləri haqqında dərhal rəhbərliyə məlumat vermək
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Təhsil: Orta və ya ali
Yaş həddi: 18 – 35
Mətbəx sahəsində işləmək həvəsi (təcrübə arzuolunandır, təlimlər keçirilir)
Məsuliyyətli, operativ, diqqətli və səliqəli işləmə bacarığı
Komandada işləmək qabiliyyəti və çevik öyrənmə həvəsi
Karyera yüksəlişinə maraq və inkişaf istəyi
İŞ ŞƏRAİTİ VƏ ÜSTÜNLÜKLƏR:
Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə uyğun
İş qrafiki: 6 günlük (növbəli)
Əməkhaqqı: 500 AZN (net) + əlavə iş saatlarına görə ödəniş
Qidalanma: Şirkət tərəfindən nahar təmin edilir
Karyera imkanları: Pulsuz peşəkar təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı
MÜRACİƏT QAYDASI
Tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Briqada üzvü - Mətbəx" qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Əlaqə nömrəsi: (050) 291-77-35