Vəzifə funksiyaları:
Şirkətin və ya brendin marketinq strategiyasının hazırlanması və icrasında iştirak
Hədəf auditoriyanın müəyyənləşdirilməsi, bazar araşdırmaları və rəqiblərin analizi
Qrafik dizayner və kontent mütəxəssis ilə koordinasiyalı şəkildə iş və nəzarət
Yeni marketinq alətləri və trendlərin izlənilməsi və tətbiqi
Prodakşn podratçıları ilə əlaqələrin qurulması və işə nəzarət
Kontent üçün kreativ ideyaların və vizual konsepsiyaların hazırlanmasında iştirak
Şirkətin və brendlərin sosial media hesablarının idarə olunması (FB, Instagram, TikTok, LinkedIn və s.)
Foto və video çəkişlərinə nəzarət
Vəzifəyə olan tələblər:
Minimum 2-3 il müvafiq sahədə iş təcrübəsi
Analitik düşüncə, yaradıcılıq və nəticəyönümlü yanaşma
Azərbaycan sərbəst yazı və danışıq bacarığı (rus dili və ingilis dili arzuolunandır)
Komanda ilə işləmə və eyni anda bir neçə layihəni idarəetmə bacarığı
İş Şəraiti:
İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət tərəfindən təmin olunur
İş yeri - Çıraq Plaza (Tiblisi pr 49C)
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Marketing üzrə mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.