Ramton Holding komandasına Reception / Ofis Meneceri xanım axtarılır.
Namizədə tələblər
Yaş: 22–28
Xanım namizədlər
Səliqəli, baxımlı və xoş görünüşlü
Nizam-intizamlı və məsuliyyətli
Gülərüz, nəzakətli və ünsiyyətcil
Təşkilatçılıq və kommunikasiya bacarığı
Kompüter və ofis proqramlarından istifadə bacarığı
İşgüzar etika və ofis davranış qaydalarına riayət etmək
Əsas vəzifələr
Ofisə gələn qonaqların qarşılanması və yönləndirilməsi
Gələn telefon zənglərinin cavablandırılması
Rəhbərliyin görüşlərinin və qəbul vaxtlarının təşkili
İşçilərin işə gəlmə və işdən çıxma vaxtlarının qeydiyyatının aparılması
Davamiyyət üzrə məlumatların hazırlanması və rəhbərliyə raportların təqdim edilməsi
İşə gecikmələr və davamiyyətlə bağlı məlumatların rəhbərliyə bildirilməsi
Ofisə daxil olan sənədlərin və məktubların qəbul edilməsi, qeydiyyata alınması və rəhbərliyə təqdim olunması
Rəhbərlik tərəfindən verilən sənədlərin aidiyyəti əməkdaşlara çatdırılması
Kuryer və bağlamaların qəbul edilməsi və aidiyyəti şəxslərə təhvil verilməsi
Rəhbərlik və qonaqlar üçün çay, kofe və digər ofis ehtiyaclarının təşkili
Reception və ofisin ümumi giriş hissəsinin səliqəli və nizamlı saxlanılması
Rəhbərliyin gündəlik inzibati tapşırıqlarının icrasında dəstək göstərilməsi
İş şəraiti
Əmək haqqı: 600 AZN
İş qrafiki: 10:00–18:00
İş günləri: Həftədə 5 gün
İş yeri: Nərimanov rayonu, Çinar Park Biznes Mərkəzi
İş formatı: Tam iş günü, ofisdə
CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə: 055 458 16 26