
Zümrüd İdman Mərkəzi – Qadınlar və Uşaqlar Üçün İdman Bölməsi
Zümrüd İdman Mərkəzinə gülərüz, məsuliyyətli və nizam-intizamlı qeydiyyatçı xanım tələb olunur. Əgər siz də sağlam həyat tərzini sevən və ünsiyyətcil birisinizsə, komandamıza qoşulmağa dəvət edirik!
Tələblər:
Xanım namizədlər
Yaş həddi: 20–30
Ali və ya orta ixtisas təhsili
Səlis azərbaycan və rus dili biliyi zəruridir
MS Office proqramlarında işləmə bacarığı
Peşəkar ünsiyyət və müştəri ilə işləmə bacarığı
Məsuliyyətli və nizam-intizamlı olmaq
Gülərüz və enerjili davranış
Peşəkar yazı qabiliyyəti
Vəzifələr:
Gələn qonaqları qarşılayıb məlumatlandırmaq
Qeydiyyat və abunəlik proseslərini icra etmək
Telefon zənglərini, daxil olan mesajları cavablandırmaq və yönləndirmək
Gündəlik sənədləşmə işlərini aparmaq
Mərkəzin qayda və prosedurlarına uyğun xidmət göstərmək
İş qrafiki:
Saat 08:30-dan 16:30-dək
Bazar günü qeyri iş günü
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. (Məktubun mövzu hissəsində Receptionist / Qeydiyyatçı Xanım qeyd edilsin)