
"BakuBus" MMC komandasına yeni dizaynerlər axtarır!
Aşağıdakı pozisiyalar üzrə müraciətləri qəbul edirik:
1. Qrafik və Motion Dizayner
Öhdəliklər: Daxili brendinq, PR tədbirləri və sosial media üçün çap/rəqəmsal materialların, animasiyalı (motion) postların hazırlanması;
Tələblər: Adobe Photoshop, Illustrator, After Effects və Premiere Pro üzrə sərbəst biliklər, minimum 2 il təcrübə.
2. 3D Dizayner
Öhdəliklər: Tədbirlər, promo stendlər və daxili məkana uyğun 3D maketlərin planlaşdırılması, modelləşdirilməsi və vizualizasiyası;
Tələblər: Blender, Cinema 4D və ya analoji 3D proqramlarında sərbəst işləmək bacarığı, məkan dərki və yüksək vizualizasiya qabiliyyəti.
3. Aİ / Konsept Dizayner
Öhdəliklər: Süni intellekt alətlərindən istifadə edərək kreatif konseptlərin, vizual ideyaların və operativ kontentin yaradılması;
Tələblər: Midjourney, Stable Diffusion və digər AI vizual alətləri ilə işləmək, dəqiq promptlar hazırlamaq və yaradıcı yanaşma.
Ümumi tələblər:
Komandada işləmək və layihələri vaxtında təhvil vermək bacarığı;
Müvafiq sahə üzrə portfolio.
Müraciət etmək istəyən namizədlər CV və Portfoliolarını [email protected] elektron ünvanına göndərə bilərlər.