İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
Çörək məhsullarının satış nöqtələrinə düzgün, vaxtında və təhlükəsiz şəkildə daşınması
Məhsulların satış nöqtələrinə paylanılmasında ekspeditora dəstək olmaq
Təhvil verilən məhsulların say və çeşidinin düzgünlüyünə diqqət yetirmək
Məhsulların satış nöqtələrinə vaxtında çatdırılmasını təmin etmək
Müəyyən edilmiş marşrut üzrə hərəkət etmək və marşrut qaydalarına riayət etmək
Nəqliyyat vasitəsinin təmizliyini və səliqəsini qorumaq
Avtomobilin texniki vəziyyətinə nəzarət etmək və yaranan nasazlıqlar barədə rəhbərliyə məlumat vermək
Yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etmək.
Namizədə aid tələblər:
Cins: Kişi
Yaş: 23-45 yaş arası
İş təcrübəsi müddəti: minimum 1 il
Təhsil: Orta təhsil
Əməkhaqqı: 800 AZN.
İş və marşrut tam mənimsənildikdən sonra əməkhaqqında artım nəzərdə tutulur.
İş qrafiki:
6 günlük iş qrafiki
İş saatı: gecə növbəsi 03:00-15:00
Əlavə imkanlar: Nahar təmin edilir. Tam rəsmi iş yeridir.
Müraciət qaydası: 051 280 55 61 nömrəsinə Vatsap üzərindən yazmanızı xahiş edirik.
Şirkət haqqında: Müəssisə 1999 - cu ildə təsis edilmişdir. Hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə üç böyük zavodu fəaliyyətdədir. Sumqayıt mərkəzi üzrə iki zavod, Şəmkir mərkəzi üzrə bir zavod mövcuddur. Markanın məhsullarını istehsal edən "Bismak" zavodu 06.04.2004 - cü il, “Çörəkçi” zavodu isə 14.01.2013 - cü ildə təsis edilmişdir. Zavodlarda ümumi 241 sayda məhsul çeşidi istehsal edilməkdədir.