
Əsas vəzifə öhdəlikləri:
Soyuducu sistemlərin quraşdırılması, sazlanması və istismarını təmin etmək;
Mövcud sistemlərin texniki vəziyyətinə daimi nəzarət etmək üçün servis əməkdaşlarını yönləndirmək və planlı profilaktik baxış keçirmək;
Yaranmış nasazlıqların aradan qaldırılması üçün servis şirkətini aidiyyati marketə yönləndirmək və işi icrasına nəzarət etmək;
Enerji səmərəliliyinin artırılması və qənaət tədbirləri üzrə təkliflər hazırlamaq;
İstismar və təmir işləri zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
Soyuducu sistemlər üçün lazım olan ehtiyat hissələri, alətlər və materialların siyahısını tərtib etmək;
Yeni avadanlıqların seçilməsi və quraşdırılmasında iştirak etmək;
Hesabat, texniki sənədləşmə və iş jurnallarını aparmaq;
İşçilərə soyuducu sistemlərin düzgün istifadəsi və təhlükəsizlik qaydaları barədə təlim keçmək.
Tələblər:
Retail sektorunda minimum 2 il iş təcrübəsi;
Nəqliyyat vasitəsinin olması;
MS Office bilikləri;
Stressə davamlılıq;
Kollektivdə işləmək bacarığı;
Ezamiyyətlərə açıq olmaq;
Ali təhsil olması üstünlükdür.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Ərazi.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Soyuducu sistemləri üzrə mühəndis” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır