Namizədə dair tələblər:
Ali təhsil arzuolunandır;
Pərakəndə satış və ya mağaza idarəçiliyi sahəsində 3–5 il iş təcrübəsi;
Komanda idarəetməsi üzrə praktiki təcrübə;
Güclü liderlik və təşkilatçılıq bacarığı;
Analitik düşüncə və nəticəyönümlülük;
Müştəriyönümlü yanaşma;
MS Office və Outlook proqramlarında işləmək bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
Rus və digər xarici dilləri bilmək üstünlükdür;
Dinamik iş mühitində işləmək və yüksək məsuliyyət daşımaq bacarığı.
Vəzifələr:
Mağazanın gündəlik fəaliyyətinə rəhbərlik etmək;
Satış planlarının və KPI göstəricilərinin icrasını təmin etmək;
Mağaza əməkdaşlarının fəaliyyətini təşkil və idarə etmək;
Komandanın motivasiyasını və iş effektivliyini artırmaq;
Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək;
Mağazadakı məhsul ehtiyatlarına və stok vəziyyətinə nəzarət etmək;
Məhsulların mağazada düzgün yerləşdirilməsini və daxili standartlara uyğunluğunu təmin etmək;
İşçi intizamına və mağazanın ümumi nizamına nəzarət etmək;
Satış nəticələrini təhlil etmək və satışların artırılması üçün təkliflər hazırlamaq;
Mağaza üzrə hesabatların hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək.
Şirkət tərəfindən:
Peşəkar inkişaf və öyrənmə imkanı;
Karyera yüksəlişi;
Peşəkar və dinamik iş mühiti;
Əmək müqaviləsi;
İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
İş rejimi: Tam iş günü
Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.
Müraciət qaydası: [email protected] və ya 0512058862 nömrənin vatsapına yaza bilərsiniz.
Müraciət üçün son tarix: 25.09.2026
Haqqında: 2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionları üzrə topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir.