
Vəzifələr və məsuliyyətlər:
Şirkətin məhsul və xidmətlərinin mobil telefon vasitəsilə foto və video çəkilişlərinin həyata keçirilməsi;
Instagram, TikTok və digər sosial media platformaları üçün qısa video çəkilişlərinin hazırlanması;
Məhsul və xidmətlərin kreativ və cəlbedici formada təqdim edilməsi;
Reels və digər qısa formatlı videolar üçün kreativ ideyaların irəli sürülməsi;
Aktual sosial media trendlərinin izlənilməsi və uyğun trendlərin çəkilişlərdə tətbiq edilməsi;
Çəkilmiş foto və videoların montaj edilməsi və sosial media formatlarına uyğunlaşdırılması;
Videolara musiqi, mətn, effekt, keçid və digər uyğun elementlərin əlavə edilməsi;
Çəkiliş zamanı işıq, kadr, rakurs və kompozisiyaya diqqət yetirilməsi;
Mobil çəkiliş avadanlıqlarından, stabilizator, işıqlandırma və digər çəkiliş vasitələrindən effektiv istifadə edilməsi;
Sosial media komandası ilə birlikdə çəkiliş planlarının və kontent ideyalarının icrasında iştirak edilməsi.
Namizədə dair tələblər:
Mobiloqraf, videograf və ya oxşar vəzifədə iş təcrübəsi;
Mobil telefonla peşəkar foto və video çəkilişi bacarığı;
Video montaj proqramları ilə işləmə bacarığı (CapCut, VN, InShot və s.);
Instagram Reels və TikTok formatlarına dair anlayış;
Sosial media trendlərini izləmək və onları kreativ şəkildə tətbiq etmək bacarığı;
Kreativ düşüncə və estetik baxış;
Məsuliyyətli, operativ və komandada işləmə bacarığı;
Sosial media üçün kontent planı hazırlamaq bacarığı üstünlükdür;
Portfolio təqdim edilməsi mütləqdir.
İş şəraiti:
Əmək haqqı: Təcrübədən asılı olaraq 1200-1400 man;
İş qrafiki: 5 günlük;
İş yeri: H.Əliyev pr.152, Çinar Plaza
Uyğun namizədlər CV və portfoliolarını mövzu hissəsində “Mobiloqraf” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.