
İş şəraiti
İş yeri: Abşeron rayonu Əliağa Vahid 1B (Masazır dairəsi)
İş qrafiki 5 günlük iş həftəsi, 09:00-18:00-a dək
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin olunacaq.
Nahar fasiləsi: 13:00-14:00,
Nahar müəssisə tərəfindən təmin edilir.
Əsas vəzifələr:
Süni intellekt texnologiyalarından istifadə etməklə şirkətin müxtəlif rəqəmsal və kreativ layihələrinin hazırlanması;
AI vasitəsilə veb-saytların hazırlanması, yenilənməsi və inkişaf etdirilməsi;
Hazır saytların dizaynının, funksionallığının və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi;
AI vasitəsilə foto, video, reklam çarxları, animasiyalar, bannerlər, sosial media kontentləri və digər vizual materialların hazırlanması;
Məhsul şəkillərinin AI ilə yaradılması, dəyişdirilməsi və peşəkar şəkildə redaktə olunması;
Sosial şəbəkələr üçün kreativ Reels, Story, post və reklam materiallarının hazırlanması;
Şirkətin müxtəlif layihələri üçün AI-dan istifadə etməklə təqdimatlar, mətnlər, dizaynlar və digər rəqəmsal materialların hazırlanması;
AI vasitəsilə iş proseslərinin avtomatlaşdırılması və şirkətin iş effektivliyinin artırılması;
Yeni AI proqramlarını, platformalarını və texnologiyalarını araşdırmaq və iş prosesinə tətbiq etmək;
Texniki və kreativ tapşırıqları AI alətlərindən istifadə etməklə müstəqil şəkildə həll etmək;
Ehtiyac olduqda sadə proqramlaşdırma və kodlaşdırma işlərini AI dəstəyi ilə həyata keçirmək;
Şirkətin veb, sosial media, reklam və digər rəqəmsal layihələrində texniki dəstək göstərmək.
Namizədə əsas tələblər:
Süni intellekt alətləri ilə işləmək üzrə güclü praktiki bacarıq;
AI-dan istifadə etməklə sıfırdan sayt hazırlaya bilmək;
HTML, CSS, JavaScript və müasir web texnologiyaları barədə anlayış;
ChatGPT, Claude, Gemini, GitHub Copilot və digər AI platformalarından effektiv istifadə bacarığı;
Photoshop, Canva, CapCut, Premiere Pro və digər dizayn/video proqramlarında işləmək bacarığı üstünlükdür;
AI vasitəsilə foto və video generasiya edə bilmək;
Kreativ düşüncə və güclü vizual zövq;
Yeni proqram və texnologiyaları sürətli öyrənmək bacarığı;
Problemləri müstəqil şəkildə araşdırıb həll edə bilmək;
Portfolio təqdim etmək.
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “AI və Rəqəmsal Texnologiyalar üzrə Mütəxəssis” qeyd etməklə, [email protected] elekton ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 09.10.2026.