
Namizədə dair tələblər:
Peşə təhsili və ya müvafiq sahadə orta ixtisas təhsili, elektrik təhlükəsizliyi üzrə buraxılış qrupu sertifikatının olması üstünlükdür.
Tikinti sahəsində və ya müxtəlif layihələrdə elektrik köməkçisi kimi ən azı 1 il iş təcrübəsi.
Elektrik sahəsində təməl biliklər və alətlərlə (drel, perfator, test cihazları və s.) işləmək bacarığı.
Cins: Kişi
Yaş: Maks 45
İş təcrübəsi müddəti: minimum 1 il
Təhsil: Tələb olunmur
Dil bilikləri: Tələb olunmur
Vəzifələr:
Baş elektrik ustasının tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.
Kabel kanallarının açılması, ştrob (xəndək) qazılması və kabellərin çəkilişində ustaya köməklik etmək.
Rozetka, açar, işıqlandırma cihazları və paylayıcı qutuların montajı prosesində iştirak etmək.
İş prosesində lazımi alət, avadanlıq və materialları hazırlamaq, ustaya təhvil vermək.
İş bitdikdən sonra alətlərin təmizliyini, təhlükəsiz saxlanılmasını və iş sahəsinin səliqəsini təmin etmək.
Tikinti sahəsində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına tam riayət etmək.
Əməkhaqqı məbləği: 1000 azn
İş yerinin ünvanı: Kristalın Park Yasamal 2 filialı
Həftənin iş günləri: 1-ci - 6-cı günlər.
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini 0771595323 vatsap nömrəsinə göndərə bilərlər.