
Namizədə dair tələblər:
Əl və elektrikli kafelkəsən alətlər ilə peşəkar işləmə bacarığı
Müxtəlif növ kafel, metlax, keramoqranit və yapışdırıcı harçların (kley, fuga) xüsusiyyətlərini bilmək
Ölçüləri tam dəqiq götürmək, lazer və ya su səviyyəölçəni (uroven) ilə düzgün işləmək bacarığı
Cins: Kişi
Yaş: Maks 55
İş təcrübəsi müddəti: minimum 1 il
Təhsil: Tələb olunmur
Dil bilikləri: Tələb olunmur
Vəzifələr:
İş sahəsinin (divar və döşəmə) kafel, metlax və keramoqranit örtüklərinin vurulmasına hazırlanması
Ölçülərin düzgün götürülməsi, materialın kəsilməsi, uyğunlaşdırılması və itkinin minimuma endirilməsi Kafel və metlaxların səviyyə (uroven) və ip vasitəsilə düzgün, səliqəli, simmetrik şəkildə düzülməsi Plitələrarası tikişlərin (şovların) eyni ölçüdə saxlanılması və doldurulması (fuga vurulması).
Santexnika və elektrik çıxışlarının olduğu yerlərdə plitələrin səliqəli kəsilməsi və yerləşdirilməsi
İş zamanı istifadə olunan alət və avadanlıqların düzgün işlədilməsi və təmiz saxlanılması
Təhlükəsizlik qaydalarına və iş keyfiyyəti standartlarına tam əməl olunması
Əməkhaqqı məbləği: 60-80 azn günlük
İş yerinin ünvanı: Kristalın Highland filialı (Həzi Aslanov)
Həftənin iş günləri: 1-ci -6-cı günlər. Əlavə saatlara və bazar günü işə cəlb olunma ilə bağlı ödəniş veriləcək
Müraciət qaydası:
İşlə bağlı müraciətinizi 0102302238 nömrənin vatsapına yaza bilərsiniz
Müraciət üçün son tarix: 15.10.2026