
Azersun Holding ə daxil olan Al Market MMC komandasına Marketinq üzrə mütəxəssis axtarılır!
Vəzifə öhdəlikləri:
Mağaza daxili və xarici kommunikasiya materiallarının planlanması, koordinasiyası və brend standartlarına uyğunluğuna nəzarət;
Mağaza vizual auditlərinin aparılması, ehtiyacların müəyyənləşdirilməsi və icrasının koordinasiyası;
Reklam konstruksiyaları və yerləşdirmələrlə bağlı ADRA və icazə proseslərinin idarə olunması;
Trade Marketing və Private Label layihələri, məhsul launch-ları, kateqoriya kampaniyaları və dadım aksiyalarının koordinasiyası;
POSM, çap, outdoor və digər marketinq materiallarının hazırlanması və təhvil prosesinə nəzarət;
Media planlama və ənənəvi marketinq fəaliyyətlərinin – outdoor, radio, TV və çap reklamlarının koordinasiyası;
Reklam və kreativ agentliklər, vendorlar və digər tərəfdaşlarla işlərin idarə olunması;
PR və KSM layihələrinin təşkilində iştirak;
Rəqib və bazar araşdırmalarının aparılması, trendlərin və müştəri davranışlarının izlənilməsi;
Marketinq büdcəsi, kampaniya nəticələri və aylıq fəaliyyət hesabatlarının hazırlanması.
Namizədə tələblər:
Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
Marketinq sahəsində 2+ il iş təcrübəsi;
Trade Marketing, PR və ənənəvi marketinq istiqamətlərində praktiki bilik və təcrübə;
FMCG və ya pərakəndə sektorunda təcrübə arzuolunandır;
POSM, outdoor, media planlama və reklam agentlikləri ilə iş təcrübəsi;
Analitik düşüncə, güclü kommunikasiya və təşkilatçılıq bacarığı;
Bir neçə layihəni paralel idarə etmək və prioritetləşdirmək bacarığı;
MS Office proqramlarından, xüsusilə Excel və PowerPoint-dən yaxşı istifadə bacarığı;
B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv sürücülük təcrübəsi;
Ezamiyyətlərə açıq olmaq.
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
Nahar şirkət tərəfindən təmin olunur
Sumqayıt şəhərindən servis xidməti
İş yeri: Bakı
Peşəkar inkişaf və karyera imkanları
Müraciət üçün CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.