Qarant Kredit Lombard” MMC təşkilatı “Gəncə filialı” üçün “Əməliyyatçı-xəzinədar” vakansiyası elan edir.
Tələblər:
Ali təhsil;
Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandır;
Mükəmməl ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Qeyd olunan vəzifədə minimum 1 ilə qədər iş təcrübəsi.
İş barədə məlumat:
Kreditin sistemə işlənməsi;
Ödənişlərin sistemə daxil edilməsi;
Kredit sənədlərinin düzgünlüyünə nəzarət;
Müştərilərə hesablaşma-kassa xidməti göstərmək;
Kassa dövriyyəsi haqqında hesabat hazırlamaq;
Nağd pul və digər qiymətlilərin mədaxil-məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
İş gününün sonunda nağd pul vəsaitlərini həmçinin qiymətliləri saymaq və hesabatını vermək;
Nağd pul,qiymətlilərin və bir sıra sənədlərin qəbulu,təhvil-təslimi, saxlanması və qorunması üzrə əməliyyatları aparmaq;
İş gününün sonunda gün ərzində aparılan mədaxil-məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırmaq;
Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək.
Əlavə məlumatlar:
Əmək haqqı: 500-600 AZN
İş vaxtı: Bazar ertəsi-Cümə günləri, 09:00-18:00, Şənbə günü (qısaldılmış iş vaxtı) 10:00-16:00;
İş yeri: Gəncə
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını “Gəncə filialı” üçün “Əməliyyatçı-xəzinədar" başlığı altında [email protected] emailinə göndərə bilərlər.