Qarant Kredit Lombard” MMC şirkəti Gəncə şəhərində yerləşən filialı üçün “Qrup rəhbər” vakansiyası elan edir.
İş barədə məlumat:
Filialın cari fəaliyyətində rəhbərliyi həyata keçirmək və işçi heyətini idarə etmək;
Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək;
Filial işçilərinin səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni təkliflər planı hazırlamaq;
Müştərilərdə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
Tələblər:
Ali, orta ixtisas təhsili
Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
Müvafiq vəzifədə azı 1 il iş təcrübəsi;
Mükəmməl ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
Sərbəst və şəffaf şəkildə fikir izah etmə və idarəetmə bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
Müştərini cəlbetmə bacarığı.
Əlavə məlumatlar:
Əmək haqqı 1000 AZN və əlavə olaraq Bonus
İş vaxtı: Bazar ertəsi-Cümə günləri, 09:00-18:00, Şənbə günü (qısaldılmış iş vaxtı) 10:00-16:00;
İş yeri: Gəncə;
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Bank, Bank olmayan kredit təşkilatı və Lombard sahəsində çalışan namizədlərə üstünlük verilir.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.