
İş növü: yarım ştat (Part-time)
Yerləşmə: Bakı, Azerbaijan
Mərkəzimiz, dünyaca məşhur "Oxford Digital Institute"un Azərbaycandakı yeganə rəsmi tərəfdaşıdır. Komandamızın böyüməsi ilə əlaqədar olaraq, Çin dilini tələbələrimizə peşəkar, interaktiv və maraqlı şəkildə tədris edəcək dinamik "Çin dili müəllimi" axtarırıq.
Vəzifə öhdəlikləri:
HSK və ya ümumi Çin dili proqramlarına uyğun olaraq dərslərin yüksək səviyyədə tədris edilməsi
Tələbələrin dil səviyyəsinin qiymətləndirilməsi və fərdi ehtiyaclarına uyğun tədris planının qurulması
Tələbələrin şifahi nitq (speaking), yazı, oxu və dinləmə bacarıqlarının inkişaf etdirilməsi
Müntəzəm olaraq qiymətləndirmə testlərinin təşkili və tələbələrin tərəqqisi barədə hesabatların hazırlanması
Çin mədəniyyətini və dilini sevdirəcək interaktiv dərs metodlarının tətbiqi
Namizədə dair tələblər:
Çin dili müəllimliyi, Tərcüməçilik, Şərqşünaslıq və ya müvafiq sahə üzrə ali təhsil
Çin dilində mükəmməl danışıq və yazı bacarığı (Minimum HSK 5 və ya HSK 6 sertifikatı üstünlükdür)
Çin dili tədrisi sahəsində minimum 1-2 il iş təcrübəsi (Çində təhsil almış namizədlərə üstünlük verilir)
Müxtəlif yaş qruplarından olan tələbələrlə (uşaqlar və böyüklər) işləmək bacarığı
Yüksək ünsiyyət, motivasiya və pedaqoji bacarıqlar
Biz nə təklif edirik:
Beynəlxalq miqyaslı (Oxford Digital Institute tərəfdaşı olan) şirkətdə işləmək imkanı
Rəqabətədavamlı və performansa əsaslanan əməkhaqqı
Rahat, müasir və beynəlxalq iş mühiti
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Çevik iş qrafiki (Full-time və ya Part-time)
İş növü: yarım ştat (Part-time)
Yerləşmə: Bakı, Azerbaijan
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Çin dili müəllimi" qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.