“CAN-PA” MMC-yə “Aparıcı mühasib” vakansiyasına işçi tələb olunur.
İş haqqında məlumat:
Mühasibat uçotunun düzgün və tam şəkildə aparılmasını təmin etmək;
Vergi, statistika, DSMF və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanmasını təmin etmək;
Əmək haqlarının, məzuniyyət, ezamiyyət və digər işçi ödənişlərinin hesablanmasını həyata keçirmək;
Əsas vəsaitlərin, mal-materialların və ehtiyatların uçotunu aparmaq;
İdxal və ixrac əməliyyatlarının uçotunu və maya dəyərinin hesablanmasını həyata keçirmək;
Maliyyə hesabatlarının (Balans, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı və s.) hazırlanmasında iştirak etmək;
Vergi və digər dövlət orqanlarından daxil olan sorğuların cavablandırılması və müvafiq yazışmaları aparmaq;
ERP, Mikro və elektron dövlət portallarında mühasibat əməliyyatlarını həyata keçirmək;
Mühasibat sənədlərinin arxivləşdirilməsini və düzgün saxlanılmasını təmin etmək;
Rəhbərlik tərəfindən verilən digər maliyyə və mühasibatlıqla bağlı tapşırıqları yerinə yetirmək.
PMS olması mütləqdir.(ACCA sertifikatları olması üstünlükdü)
Təklif edirik:
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün);
İş vaxtı: 08:00–17:00;
Əmək haqqı : Gros -1300-1500
Tələblər:
1 il bu sahədə iş təcrübəsi olmalı
Yaş həddi : 20-40
Yaşayış yeri : Höküməli-Müşfiq
Müraciət üçün: CV-nizi mövzu yerinə “ Aparıcı mühasib” yazaraq [email protected] ünvanına və ya 051-240-95-68 nömrəsinə göndərməyiniz xahiş olunur.