
BETA komandası olaraq e-ticarət fəaliyyətimizin inkişafı ilə əlaqədar E-Ticarət (E-Commerce) Mütəxəssisi axtarırıq.
Əsas vəzifə və öhdəliklər
Şirkətin veb-saytının admin panelində (OpenCart, WordPress və s.) işləmək;
E-ticarət platformalarında məhsulların yerləşdirilməsi və məlumatların mütəmadi yenilənməsi;
Yeni məhsulların sistemə əlavə edilməsi və məhsul kartlarının hazırlanması;
Məhsul adları, təsvirləri, qiymətləri, stok vəziyyəti və vizual materialların yenilənməsi;
Məhsulların e-ticarət platformalarında düzgün və tam şəkildə idarə olunması;
Onlayn sifarişlərin izlənilməsi və icra prosesinin koordinasiyasında iştirak;
Satış nəticələrinin izlənilməsi və müvafiq hesabatların hazırlanması;
E-ticarət proseslərinin fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi.
Tələblər
Ali təhsil;
E-ticarət sahəsində minimum 1 il iş təcrübəsi;
OpenCart, WordPress və ya digər CMS platformaları ilə işləmə bacarığı;
MS Office proqramlarında, xüsusilə Excel üzrə yaxşı bilik;
Məhsul məlumatlarının sistemə daxil edilməsi və idarə olunması bacarığı;
Məsuliyyətli, diqqətli və analitik düşüncə qabiliyyətinə malik olmaq;
Komandada işləmək bacarığı;
Operativlik və detallara diqqət.
Qeyd: Bəy namizədlərə üstünlük verilir.
İş şərtləri
Əmək haqqı: 700 AZN NET + bonus
İş qrafiki: 6 günlük iş həftəsi, 08:30–17:30
İş yeri: Ziya Bünyadov prospekti 2061
Nahar şirkət tərəfindən qarşılanır
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər [email protected]