
Heydər Əliyev Beynəlxalq Aeroportunda ASG şirkətlər qrupunda mexanika mühəndisi üzrə işçi qəbulu aparılır.
Vəzifə öhdəlikləri:
Mexaniki sistemlərin quraşdırılmasının layihəyə və texniki tələblərə uyğunluğuna nəzarət;
Sahədə görülən işlərin keyfiyyətinin və gedişatının yoxlanılması;
Mexaniki və elektrik işlərinin sahədə qarşılıqlı uyğunlaşdırılması;
Podratçılar və digər layihə iştirakçıları ilə mexaniki işlərin koordinasiyası.
Tələblər və iş şəraiti:
Mexanika mühəndisliyi üzrə ali təhsil;
Mexaniki sistemlər üzrə ən azı 5 il iş təcrübəsi;
Tikinti sahəsində mexaniki sistemlərin quraşdırılması və tətbiqi işlərində birbaşa praktiki təcrübə;
Elektrik işləri və sistemləri haqqında bilik;
Excel və AutoCAD proqramlarında işləmək bacarığı;
İngilis dili biliyi.
İş qrafiki: 5 günlük
İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu
Əmək haqqı: namizədin bilik, təcrübə və peşəkar bacarıqları nəzərə alınmaqla müəyyən edilir.
Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.