
Heydər Əliyev Beynəlxalq Aeroportunda ASG şirkətlər qrupunda İnşaat mühəndisi vakansiyası üzrə işçi qəbulu aparılır
Vəzifə öhdəlikləri:
Tikinti işlərinin layihəyə, iş qrafikinə və keyfiyyət tələblərinə uyğun icrasına nəzarət;
Sahədə görülən işlərin həcminin və gedişatının yoxlanılması;
Podratçılar və digər layihə iştirakçıları ilə işlərin koordinasiyası.
Tələblər və iş şəraiti:
İnşaat mühəndisliyi üzrə ali təhsil;
İnşaat sahəsində ən azı 5 il iş təcrübəsi;
Tikinti sahəsində işlərin icrası və idarə olunması üzrə praktiki təcrübə;
Excel və AutoCAD proqramlarında işləmək bacarığı;
İngilis dili biliyi.
İş qrafiki: 5 günlük
İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu
Əmək haqqı: namizədin bilik, təcrübə və peşəkar bacarıqları nəzərə alınmaqla müəyyən edilir.
Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.