
Analitik Ekspertiza Mərkəzi" PHŞ komandasına qoşulmaq üçün əməyin mühafizəsi üzrə təcrübəli mühəndis axtarır.
Əsas vəzifələr:
Mərkəzdə əməyin mühafizəsi işinin təşkili, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qanunvericiliyin və daxili qaydaların icrasına nəzarət;
İş yerlərində risklərin qiymətləndirilməsi və təhlükələrin müəyyən edilməsi; - Bədbəxt hadisələrin tətqiqi və qarşısının alınması üçün tədbirlərin hazırlanması;
İş yerlərində ilkin, təkrar və plandan kənar təlimatlandırmanın təşkili;
Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək;
Təhlükəsizlik üzrə sənədlərin və qeydiyyatın aparılması;
Müəyyən edilmiş qaydada və müddətlərdə hesabatların hazırlanması;
Tələblər:
Ali təhsil (texniki, mühəndislik və ya əlaqəli ixtisas)
NEBOSH, IOSH və ya ISO 45001 sertifikatı arzuolunandır
Əməyin mühafizəsi sahəsində ən azı 2 il təcrübə
Azərbaycan Respublikasının əmək və təhlükəsizlik qanunvericiliyini yaxşı bilmək
Azərbaycan dili-səlis, rus və ingilis dili-arzuolunan
MS Office proqramlarından istifadə bacarığı
Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı
Müraciət üçün CV-nizi mail-in mövzu hissəsində “Əməyin mühafizəsi üzrə mühəndis (SƏTƏMM üzrə mütəxəssis)” yazaraq [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Son müraciət tarixi: 12.10.2026-cı il